Onların evliliyi 3 dəqiqə sürdü... Nikah mərasimindən sonra boşandılar
08
fev
2019
15:01
Küveytdə yeni evlənən cütlük nikaha girəndən bir neçə dəqiqə sonra boşanıb. BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" yazıb.Nikah mərasimi başa çatdıqdan sonra məkanı tərk edərkən gəlinin ayağı burxulub. Bəy gəlinin yıxılmasına gülüb və onu axmaq adlandırıb.Oğlanın bu hərəkəti qıza çox pis təsir edib və ağlayıb. Nəticədə qız geri dönərək eyni məkanda boşanma tələbini irəli sürüb.Cütlük rəsmi olaraq cəmi 3 dəqiqə nikahda olub. Onların nikahı ən qısa evlilik kimi ölkənin tarixinə düşüb.BAKU.WS
Oxşar xəbərlər
9 ayda 11 mindən çox ailə DAĞILIB
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qeydə alın...