Onlara həm "Qızıl qlobus", həm də 500 min dollarlıq çanta verəcəklər - FOTO

Onlara həm Qızıl qlobus, həm də 500 min dollarlıq çanta verəcəklər - FOTO
Foto
Siyasət 5

Bu il 81-ci dəfə təşkil ediləcək "Qızıl qlobus" mükafatlarının təqdim olunma mərasimində qaliblərə və aparıcılara 500 min dollarlıq çanta hədiyyə ediləcək.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, çantada İrlandiyaya iki günlük səyahət bileti, məşhur tatu salonlarından birinə bir nəfərlik bilet, bahalı yaxta və şəxsi təyyarə kirayələmə kimi təkliflər yer alıb. Bununla yanaşı, yeni idman ayaqqabıları almaq, məşhur aşpazlardan biri ilə pizza hazırlamaq, Fransanın Burgonya bölgəsində iki gün gecələmək də hədiyyə çantasında daxildir. Yeni Zelandiyada hər şey daxil bahalı oteldə bir neçə gün istirahət, Cənubi Kaliforniyada özəl surfinq dərsləri də 500 min dollarlıq hədiyyələr arasındadır. Çantada dəyəri 4 min dollar olan üz baxım vasitələri, 69 min dollar dəyərində bir cüt zümrüd sırğalar da daxil olmaqla 35-dən artıq belə hədiyyə nəzərdə tutulub.

Xatırıladaq ki, gələn ilin yanvarın 7-də təşkil ediləcək mötəbər tədbirdə "Succession" filmi 9 kateqoriyada, "The Bear ve Only Murders in the Building" filmi isə 5 kateqoriyada "Qızıl qlobus" uğrunda mübazriə aparacaq. Mükafatları aparıcı Co Koy təqdim edəcək.

Son xəbərlər