Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə BAKU.WS-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, qəbul üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbi şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunacağı qeyd edilib.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...