Ombudsman Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycan ombudsmanı İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, bəyanatda mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən məqsədli hücumun şiddətlə qınandığı bildirilib.
Ombudsman dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırıb.
"Mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir.
Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir", - bəyanatda bildirilib.
Oxşar xəbərlər
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?
İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Silahlı Qüv...