"Oliver Wyman": Azərbaycan qaz molekullarını məlumat elektronlarına çevirmək potensialına malikdir

Oliver Wyman: Azərbaycan qaz molekullarını məlumat elektronlarına çevirmək potensialına malikdir
Siyasət 16

Müvafiq normativ-hüquqi bazanın yaradılması və tələb olunan kapital qoyuluşlarının cəlb edilməsi şərtilə Azərbaycan enerji sektorunda süni intellektin tətbiqi sahəsində nəhəng perspektivlər əldə edəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Oliver Wyman" şirkətinin tərəfdaşı və neft-qaz istiqaməti üzrə qlobal rəhbəri Nadim Həddad 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Biz "süni intellekt üçün enerji və enerji üçün süni intellekt" kimi müəyyən etdiyimiz bu mövzunu yenidən qaldırırıq. Süni intellekt üçün enerji konsepsiyasını nəzərdən keçirərkən hesab edirəm ki, enerji sisteminin dayanıqlığını təmin etmək üçün tələb olunan kapital qoyuluşları, eləcə də qaz ehtiyatlarının mövcudluğu - bütün bunlar Azərbaycanın coğrafi yerləşməsi ilə birgə onun üçün müstəsna bir mövqe formalaşdırır.

Avropa bazarına ərazi yaxınlığı sayəsində ölkə mahiyyətcə qaz molekullarını və onların nəqlini informasiya elektronlarına çevirməyə, bununla da artıq sadəcə qaz deyil, birbaşa məlumat reallaşdırmağa qadirdir. Mən əminəm ki, müvafiq hüquqi bazanın formalaşdırılması və lazımi investisiya axınının təmin edilməsi ilə Azərbaycanın qarşısında genişmiqyaslı imkanlar açılacaq", - N. Həddad deyib.

Son xəbərlər