İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO
Siyasət 57

Avropa Şurasından alınmış məlumata əsasən, 17-18 may 2022-ci il tarixlərində Misirin paytaxtı Qahirədə ərəb və Afrika ölkələrinin (BƏƏ, Səudiyyə Ərəbistan, Oman, Küveyt və s.) Ali Məhkəmə sədrləri və Ali İnzibati Məhkəmələrinin (Dövlət Şuralarının) rəhbərlərinin iclası keçirilib. Nümayəndə heyətlərini Misir prezidentinin qəbulu ilə başlayan tədbir çərçivəsində ilk dəfə olaraq bütün afrika və ərəb ölkələrinin Ali İnzibati Məhkəmələrinin İttifaqı yaradılıb.

Həmçinin, Misirin Dövlət Şurasının (Ali İnzibati Məhkəməsinin) yaradılmasının 75 illiyinin qeyd olunması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə 40-dan çox ərəb və afrika ölkəsinin Ali Məhkəmələrinin sədrləri, Fransa Dövlət Şurasının rəsmiləri iştirak edib.

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

İclası giriş nitqləri ilə Misirin Dövlət Şurasının prezidenti Mohamed Mahmud Hossam Eddin və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbəri Ramin Qaraqurbanlı (Ramin Qurbanov) açıb.

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

Hazırda Avropa Komissiyası bir sıra ərəb ölkələrində (Misir, Əlcəzair, Mərakeş, İordaniya, Tunis, Fələstin, Livan və s.) məhkəmə islahatlarının daha səmərəli həyata keçirilməsi üzrə əməkdaşlıq layihələri aparır.

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

Səfər zamanı CEPEJ-in rəhbəri Ramin Qaraqurbanlı Misirin Ədliyyə naziri Omar Marvan ilə ikitərəfli görüş keçirib və əməkdaşlıq sahələri müzakirə olunub.

İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO

Son xəbərlər