Nyu-Yorkda həyəcan siqnalı - Maska geri döndü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-nin şimal-şərq ştatlarını təsir altına alıb.
BAKU.WS xarici KİV-ə iatinadən xəbər verir ki, ABŞ hökumətinə bağlı olan “AirNow” veb-saytı Nyu-York şəhəri və ətrafında havanın keyfiyyət səviyyəsini narıncıdan 165 dərəcə qırmızıya qədər yüksəldib.
Məlumata görə, Nyu-Yorkda gün boyu dumanlı havaya səbəb olan yanğın tüstülərinin qoxusu hiss olunur. Mütəxəssislər, xüsusilə ürək, ağciyər və tənəffüs yolu xəstəlikləri olanları çölə çıxmamağa çağırır.
Havanın keyfiyyətinin aşağı düşməsi səbəbindən Nyu-Cersi və paytaxt Vaşinqton kimi bir çox ştat və ərazilərdəki məktəblərdə şagirdlər üçün dərsdənkənar fəaliyyətlər də ləğv edilib. Bundan başqa bölgədə çox reyslər təxirə salınıb.
Qalereya
Oxşar xəbərlər
11 sentyabr terrorundan 21 il ötür - FAKTLAR + FOTO
21 il əvvəl, 2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. BA...