Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, görüş çərçivəsində noyabrın 6-7-də alyansın Türkiyənin müxtəlif ölkələrdən - Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex Respublikası, Portuqaliya, İspaniya, ABŞ və Fransadan olan səfirlərinin Azərbaycana ilk səfərinin uğurlu nəticəsi barədə baş katibin müavininə məlumat verilib.
"Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq", - paylaşımda bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...