Nuland regional və qlobal məsələləri müzakirə etmək üçün Türkiyəyə səfər edəcək
27
yan
2024
23:59
ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland yanvarın 28-29-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
“Report” bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Ankarada dövlət katibinin müavini vəzifəsini icra edən Nuland yüksək səviyyəli hökumət rəsmiləri və aparıcı biznesmenlərlə birlikdə üzərində çalışdığımız ikitərəfli, regional və qlobal məsələlərin bütün spektrini müzakirə etmək üçün görüşəcək”, – məlumatda qeyd olunub.
Oxşar xəbərlər
100 yaşında vəfat edən Kissincer kim olub? - DOSYE
ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə “Reuters” məlumat yayıb. Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı...