İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - FOTO

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - FOTO
Siyasət 54

Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat katibindən məlumat verilib.

Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.

Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalmışdır.

Son xəbərlər