Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya gənc liderlərini bir araya gətirdi - FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya gənc liderlərini bir araya gətirdi - FOTO
Siyasət 163

Qlobal pandemiyanın nəticəsi olaraq bütün dünyada olduğu kimi bu il ölkəmizdə də bir sıra beynəlxalq tədbirlər təxirə salındı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari ilin mart ayında baş tutması nəzərdə tutulan Qlobal Bakı Forumu və Forum çərçivəsində reallaşmalı olan Gənc Liderlər Proqramı (Young Leaders Program) da mövcud səbəblərdən qeyri-müəyyən müddətə təxirə salındı.

Mərkəzin Gənc Liderlər Proqramının koordinatoru Günel Nəsirova BAKU.WS-ə bildirdi ki, forumun və digər proqramların təxirə salınmasına baxmayaraq, Mərkəz əvvəlki templə fəaliyyətini davam etdirir və karantin şəraitində belə mərkəz bir çox dünya liderləri və Nobel laureatları ilə qlobal mövzularda artıq bir neçə onlayn konfranslar təşkil edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya gənc liderlərini bir araya gətirdi - FOTO
G.Nəsirova qeyd edib ki, Gənc Liderlərlə bağlı da planlar öz qüvvəsində qalmaqdadır. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə iyun ayının 22-də videokonfrans formatında “2020-ci ildən gözləntilər: NGBM-in Gənc Liderlərinin iştirakı ilə panel” adlı beynəlxalq onlayn konfrans keçirilmişdir və canlı müzakirəyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Gənc Liderlər Proqramının məzunları qatılmışlar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya gənc liderlərini bir araya gətirdi - FOTO
Qeyd edək ki, Gənc Liderlər Proqramına dünyanın fərqli ölkələrindən gənclərlə iş sahəsində kifayət qədər uğur əldə etmiş gənclər seçilir və onlar Mərkəzin kurasiyası ilə beynəlxalq şəbəkə təşkil edirlər. Mavriki Respublikasının sabiq Prezidenti xanım Amina Gurib-Fakim konfransa moderatorluq etmişdir.

Son xəbərlər