Nikol Paşinyan: “Azərbaycanla dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədik”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılığa gəlib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Biz Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədik”, - deyə Nikol Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, belə bir razılıq üçtərəfli işçi qrupunun Ermənistan, Rusiya Federasiyası və Azərbaycan baş nazirinin müavininin görüşləri zamanı əldə olunub və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş zamanı müəyyən edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...