Nigeriyada silahlı şəxslər 20 tələbəni qaçırıb | Report.az
Yeniliklərdən dərhal xəbərdar olun
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Benue ştatının polis nümayəndəsi Ketrin Anen məlumat verib.
“Bir qrup tələbə qaçırılıb, istintaq gedir”, - “Punch” qəzeti onun sözlərindən sitat gətirib.
İki universitetin tələbələri Katolik Tibb Tələbələri Federasiyasının illik konfransına gedərkən naməlum silahlı şəxslər tərəfindən yolda saxlanılıb və qaçırılıb.
Qəzet qeyd edir ki, hələlik onların azad edilməsi üçün heç bir pul tələbi olmayıb. Səlahiyyətlilər tələbələrin qaçırılmasına görə kimin məsuliyyət daşıdığını müəyyən etməyə çalışır.
Oxşar xəbərlər
Nigeriyada yayılan virus 6 günə 170 can aldı - Qida və sudan keçir
Nigeriyada 15-21 iyul tarixləri arasında 170 vəba hadisəsi qeydə alınıb və epidemiyadan 3 nəfər həyatını itirib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,...