Niderland İranın Naxçıvana hücumunu pisləyib

Niderland İranın Naxçıvana hücumunu pisləyib
Siyasət 31

Niderlandın Azərbaycandakı səfirliyi İran tərəfdən Naxçıvana pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları qətiyyətlə pisləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsindəki paylaşımda bildirilib.

"Səfirlik bu gün Naxçıvana edilən dron hücumlarını qətiyyətlə pisləyir. Bu cür hərəkətlər qəbuledilməzdir və Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün pozuntusudur. İranın hücumları regional sabitliyi daha da sarsıdır. Bu çətin məqamda biz Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik", - məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Son xəbərlər