Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir
Niderland tezliklə Azərbaycanla parlamentlərarası məsləhətləşmələrin keçirilməsinə ümid edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Niderlandın Bakıdakı səfiri Marian de Yonq bu gün keçirdiyi brifinqdə ölkəsinin parlamentinin bu yaxınlarda Azərbaycanın suverenliyi və Ermənistanla sülh prosesi ilə bağlı anti-Azərbaycan sənədlərini qəbul etməsini şərh edərkən bildirib.
Səfir bu sənədlərlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.
Marian de Yonq xüsusilə qeyd edib ki, Niderland hökumətinin Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rəsmi mövqeyi son dərəcə balanslıdır.
"Biz hər iki ölkə ilə danışırıq, bu regionda sülhün əldə edilməsi prosesində hər iki ölkəni dəstəkləyirik ki, bu da çox vacibdir. Mənim nazirim (Niderland XİN başçısı Tom Berendsen - red.) bildirib: mən hər iki ölkə ilə danışıram, sülh prosesini dəstəkləyirəm.
Beləliklə, mənim üçün heç nə dəyişməyib. Hökumət üçün heç nə dəyişməyib. Buna görə də ümid edirəm ki, bu, hökumətlərarası münasibətlərə təsir etməyəcək. Biz parlamentlərarası məsləhətləşmələr təşkil etməyə ümid edirik. Düşünürəm ki, bu, parlament nümayəndələrinin bir-biriləri ilə ünsiyyət qurması üçün əla fürsət olardı", - səfir bildirib.
Oxşar xəbərlər
Daşqınlara qarşı yeni mərhələ: Nələr dəyişəcək?
"Son dövrlər baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı cənab Prezident tərəfindən imzalanmış Sərəncam kompleks və çoxşaxəli yana...