NEWS.ru: Bakıda iqlim dəyişikliyinin yumşaldılması işində irəliləmək lazımdır

NEWS.ru: Bakıda iqlim dəyişikliyinin yumşaldılması işində irəliləmək lazımdır
Siyasət 94

Bakıda keçirilən COP29-un işıqlandırılmasında iştirak edən "NEWS.ru" jurnalistləri öz təəssüratlarını bölüşüblər.

"Report" xəbər verir ki, "Bakıda qlobal cənub və şimal ölkələrinin - o cümlədən Avropa İttifaqı, Afrika və ərəb ölkələrinin onlarla rəhbərini bir araya gətirən BMT-nin COP29 iqlim forumunun açılışı olub.

COP29-un açılış mərasimində BMT-nin iqlim dəyişikliyi üzrə icraçı katibi Saymon Stil toplaşanlara yaşlı bir qadının şəklini göstərib və onu Karib dənizində yerləşən, yay aylarında "Beril" qasırğası nəticəsində tamamilə dağılmış Karriaku adasından olan qonşusu Florens kimi təqdim edib.

"Biz bu platformada hər il bu "tapmaca"nın konkret fraqmentləri üzrə danışıqlar aparırıq. Bu, Florensin qonaq otağında baş verənlərdən son dərəcə uzaqda görünə bilər. Lakin biz bütün ölkələrdə həyatları və mövcud olma vasitələrini məhv etməyə davam edə bilmərik, ona görə də gəlin nəticəyə nail olaq", - o çağırış edib.

İcraçı katibi əlavə edib ki, Dubayda razılaşdırılmış hədəflərin həyata keçirilməsi üçün Bakıda iqlim dəyişikliyinin yumşaldılması işində irəliləmək lazımdır.

Son xəbərlər