Nazirlik rəsmisindən Azad Rəhimovun səhhəti ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Elə dünən cənab nazirlə əlaqə saxlamışam. Ümumiyyətlə, hər gün onunla daim əlaqədəyəm. Suallar olduğu təqdirdə, dərhal onunla əlaqə saxlayıram. Cənab nazir bütün sualları cavablandırır, tapşırıqları verir”.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb:
“Azad müəllimin müalicəsi hələ ki davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...