Nazirlər Kabineti 2023-cü il tarixli qərara dəyişiklik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti "2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında" 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyi ilə yanaşı ölkənin şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin (hər birinə bir ədəd olmaqla) balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...