Nazirdən yüksək vəzifəyə KADR TƏYİNATI - FOTO

Nazirdən yüksək vəzifəyə KADR TƏYİNATI - FOTO
Siyasət 617

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Nazirdən yüksək vəzifəyə KADR TƏYİNATI - FOTO

Qeyd edək ki, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Oxşar xəbərlər

Son xəbərlər