Nazir: "Superkompüter Azərbaycanın innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək"
"Yeni superkompüter (hesablama gücü 1.2 PFLOPS) Azərbaycanın innovasiya ekosisteminin əsas dayaqlarından birinə çevriləcək".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
"Bu nəhəng hesablama gücü böyük əməliyyatların sürətli emalını və mürəkkəb analizlərin aparılmasını mümkün edəcək, iqtisadiyyatın rəqəmsallaşdırılması, avtomatlaşdırma və ağıllı istehsal sistemləri üçün yeni imkanlar yaradacaq", - deyə o qeyd edib,
M.Cabbarov vurğulayıb ki, superkompüterin imkanlarından təkcə dövlət qurumları deyil, həm də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri istifadə edə biləcəklər:
"Yüksək performanslı hesablama resurslarına çıxışın demokratikləşdirilməsi bilik mübadiləsini genişləndirəcək, proqnozlaşdırmanı təkmilləşdirəcək və sübuta əsaslanan qərarların qəbulunu gücləndirəcək.
Bu addım innovasiyalara əsaslanan inkişaf strategiyamızı əhəmiyyətli dərəcədə irəli aparacaq və Azərbaycanın qlobal rəqabət qabiliyyətini yeni mərhələyə yüksəldəcək".
Oxşar xəbərlər
WUF13 Könüllü Proqramına müraciət edən 10 mindən çox namizəd müsahibəyə dəvət olunub
Bu il fevralın 16-dan martın 13-dək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllü Proqramının müsahibə...