Nazir: "İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqdan gələn meyit qalıqları Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyində müayinələrdən keçirilir.
BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və təlimlərdən keçən mütəxəssislər cəlb olunub.
“Bu barədə, yəqin ki, daha ətraflı məlumat proses yekunlaşdıqdan sonra veriləcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...