Nazir özünə yeni müşavir təyin etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib. O, nazirin müşaviri təyin olunub.
ETSN-in mətbuat katibi İradə İbrahimova oxu.az-a məlumatı təsdiqləyib:
“Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.
Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...