Nazir ötən il təyin etdiyi polkovnikin vəzifəsini dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad olunaraq, başqa bir vəzifəyə təyin edilib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Xidməti rəisinin müavini, polkovnik Quliyev Elsəvər Həsən oğlu vəzifəsindən azad olunub.
Polkovnik digər əmrlə FHN-nin nəzdində olan qurumların birinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Kəmaləddin Heydərov Elsəvər Quliyevi ötən ilin dekabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinə rəis müavini təyin etmişdi. O, 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...