Nazir müavini: “Azərbaycanda qiymətlər müəyyən ölkələrə baxdıqda bahadır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda qiymətlər müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil. Türkiyə ilə qiymətləri müqayisə etsək, orada 70-80 faizdən çox daxili istehsaldır”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
“Bu gün Türkiyədə 1 avro 24-26 lirə olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrinin siyahısında Türkiyənin götürülməsidir.
Bu baxımdan istinad ölkələrinə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər. Buna görə Tarif Şurasının mövcudluğu zəruridir”, - deyə nazir müavini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...