Nazir: Malayziya Bakıda keçiriləcək WTDC 2025-də ölkəsinin nailiyyətlərini nümayiş etdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) kimi tədbirlər sürətlə inkişaf edən rəqəmsallaşma şəraitində dünya ictimaiyyətinin konsolidasiyası və inkişafı üçün mühüm rol oynayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Malayziyanın rabitə naziri Fahmi Fadzil "X"dəki paylaşımında bildirib.
O, qeyd edib ki, Malayziya nümayəndə heyəti hazırda Bakıda keçirilən WTDC-2025-də iştirak edəcək.
"WTDC-25 çərçivəsində Bakıda rəqəmsal təhlükəsizlik sahəsində görülən tədbirləri, həmçinin Malayziyada vahid şəbəkə modeli əsasında 5G-nin inkişafını təqdim edəcəyəm", – deyə o yazıb.
Nazir, həmçinin Azərbaycanın paytaxtında planlaşdırılan görüşlərin əhəmiyyətini vurğulayıb.
"Konfrans çərçivəsində mən bir sıra ikitərəfli danışıqlar aparacağam, o cümlədən həmkarlarla əməkdaşlığın gücləndirilməsi üçün ən yaxşı təcrübələrin mübadiləsini həyata keçirəcəyəm", – Fadzil qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...