Nazir: “Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu iddiaları əsassızdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu iddiaları əsassızdır”.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistanın öz öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi, kommunikasiyaların açılmasına maneçilik törətməsi bölgədə sülh və sabitliyə xidmət etmir.
Bununla yanaşı, görüşdə guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, “Laçın” sərhəd-buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...