Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə hallar naziri, general-polkovnik Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
Seymur Qaraşov
Baş İdarənin bundan əvvəlki rəisi, polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilmişdi.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
