Nazir Hüseyn Əmir Abdullahiyan: “Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur”.
BAKU.WS xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün dövlət başçısı İlham Əliyevlə uğurlu və uzun danışığımız oldu. XİN başçıları ilə ümumi görüşdən sonra Prezident İlham Əliyevlə 90 dəqiqəlik görüşümüz baş tutdu. Danışıqlar bizim anlaşılmazlıqları aradan qaldırmaqda kömək oldu. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisənin bizi kədərləndirdiyini, hiddətləndirdiyini və təəccübləndirdiyini də geniş müzakirə etdik”, - XİN başçısı əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...