Nazir: “Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir”
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
"Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq", - deyən nazir diqqətə çatdırıb ki, bu fürsətdən istifadə etməyin vaxtı çatıb.
C.Bayramov vurğulayıb ki, Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları əməli addımlara çevrilməlidir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...