Nazarbayev Ukraynadakı döyüşləri Qorbaçovun səhvlərinin nəticəsi adlandırıb

Nazarbayev Ukraynadakı döyüşləri Qorbaçovun səhvlərinin nəticəsi adlandırıb
Siyasət 10

"Ukraynadakı döyüşlər SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçovun siyasətindəki səhvlərin nəticəsidir".

Bu sözləri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım. Asılılıqdan azadlığa doğru” adlı kitabında qeyd edib.

Kitabın fəsillərindən biri “Qorbaçov: İşıq və kölgə” adlanır və Sovet rəhbərinə həsr olunub. Nazarbayev qeyd edir ki, Mixail Qorbaçov əsas fiqur olub.

Lakin onun fikrincə, Sovet İttifaqının dağılması və onun yerində 15 müstəqil dövlətin yaranması, sosialist düşərgənin parçalanması - bütün bu möhtəşəm hadisələr SSRİ-nin sabiq rəhbərinin apardığı yenidənqurma siyasətinin nəticələrindən başqa bir şey deyil.

“Ancaq Qorbaçovun özü bunu istəmirdi. O, dövlət həyatını demokratikləşdirmək və təbliğatı genişləndirmək planlarını qurmuşdu. Düşünürəm ki, Qorbaçov yenidənqurmanın axırını nə gözlədiyini bilsəydi, onda belə etməzdi”, - Nazarbayev deyir.

Qazaxıstanın birinci prezidenti sovet liderinin bu sözlərini xatırlayır: “Amma mən heç vaxt təsəvvür etmirdim ki, biz İttifaqı əldən verəcəyik. Açığı, heç birimiz bunu gözləmirdik. Və bütün dünya bunu gözləmirdi”.

Son xəbərlər