Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.
Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib - FOTO
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib. BAKU...