Naxçıvanda azad iqtisadi zona yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Dövlət Gömrük Komitəsidir.
İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...