Naxçıvan MR Ali Məclisinin yaz sessiyasının vaxtı məlum olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.
İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (I oxunuş) və “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (I oxunuş) müzakirə olunacaq.
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 23-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyi məlum olub. BAKU.WS xəbər verir ki, gündəliyə 33 məsələ d...