Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı
16
may
2023
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.
Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...