NATO rəsmisi Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib

NATO rəsmisi Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib
Siyasət 49

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib.

BAKU.WS-in məlumatına görə, o, başsağlığını bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

Qeyd edək ki, martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Son xəbərlər