NATO: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeganə yol - danışıqlar və dialoqdur”.
BAKU.WS xəbər verir ki, bu sözləri NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Xavyer Kolomina deyib.
O, bu barədə özünün tvitter hesabında paylaşım edib:
“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında 4 günlük konstruktiv danışıqlardan sonra davamlı sülh razılaşması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoşdur. Yeganə yol - danışıqlar və dialoqdur. NATO iki tərəfdaşımız olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”.
Good to hear that tangible progress towards a durable peace agreement were made in Washington after 4 days of constructive engagement between 🇦🇲 and 🇦🇿. Negotiations and dialogue is the only way. #NATO supports the normalisation of relations between our two partners 🇦🇲 and 🇦🇿 pic.twitter.com/ouYWe8NDgN
— Javier Colomina (@JavierColominaP) May 6, 2023
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...