NATO Azərbaycanla dost olan bu iki ölkə ilə tərəfdaşlığı gücləndirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, sammitdə hansı qərarların qəbul olunacağı barədə danışmaq hələ tezdir: “Əminəm ki, müttəfiqlər bu günə qədər qəbul edilmiş, həmçinin Gürcüstan və Ukraynanın Avroatlantik səyləri ilə bağlı qərarları dəstəkləyəcəklər”.
Baş katib qeyd edib ki, NATO Ukrayna və Gürcüstanla əməkdaşlıq və tərəfdaşlığı gücləndirməkdə davam edəcək.
Qeyd edək ki, Madrid sammitinin tarixi hələ məlum deyil. Tarixin yaxın zamanlarda elan olunacağı gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...