Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Siyasət 3

Yeni Zelandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər