Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İqlim həftəsi iqtisadiyyatın və iqlim məsələlərinin dəyişməsinə təkan verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində "Enerji Keçidi, İqlim Maliyyələşməsi və Sənaye Karbonsuzlaşdırılması" mövzusuna həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, iqlim həftəsi ümumilikdə iqtisadiyyatın və iqlim məsələlərin dəyişməsinə təkan verəcək:
"Dünyada yanğınlar, qida, səhiyyə problemləri artır və bunların hamısının səbəbi iqlim dəyişməsidir. Xüsusilə kiçik ada dövlətləri üçün bu problemlər daha aktualdır. Son zamanlarda dünyada baş verən su daşqınları və fəlakətlər 2 milyon həyatın tələf olmasına səbəb olub".
M.Babayev iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Xəzər dənizi ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb:
"Resursları paylaşmalıyıq. Azərbaycan üçün iqlim gündəmi həm də siyasi əhəmiyyət daşıyır. COP29 göstərdi ki, Azərbaycan bu məsələlərə həssas yanaşır və problemlərin həlli üçün çalışır".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...