Muxtar Babayev: COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdi
COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdi.
BAKU.WS xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, COP29-da danışıqçıların üzərində təxminən on ildir müzakirələr apardığı məsələlər üzrə sövdələşmələr əldə olunub.
"Biz BMT-nin karbon bazarlarında çoxdan gözlənilən mühüm irəliləyişə nail olduq. Bu addım 2050-ci ilə qədər iqlim həllərinə hər il 1 trilyon dollar yönəldə biləcək, yüksək etibarlılığa malik bazarların potensialını ortaya çıxarır", - deyə Muxtar Babayev əlavə edib.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...