Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində növbəti səfər Çinə olacaq

Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində növbəti səfər Çinə olacaq
Siyasət 2

COP29-a hazırlıq çərçivəsində növbəti səfər Çinə olacaq.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərlər baş tutub, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri görüşlər keçirilib.

M.Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırıb.

Oxşar xəbərlər

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib

Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsini...

3 Siyasət 19:25 07 mart 2024

Son xəbərlər