Muxtar Babayev: Azərbaycan COP29-un keçirilməsi üçün müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi

Muxtar Babayev: Azərbaycan COP29-un keçirilməsi üçün müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi
Siyasət 33

Azərbaycan COP29-un keçirilməsi üçün bir neçə il idi ki, müxtəlif layihələrlə dünyanın diqqətini cəlb edirdi.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin "Hədəf" verilişində deyib.

"Bu forumun keçirilməsi üçün ölkəmiz bir neçə il idi ki, müxtəlif layihələrlə - yaşıl enerji layihələri ilə [dünyanın] diqqətini cəlb edirdi.

Ölkəmiz bu sahədə ən qabaqcıl layihələrlə çıxış edir. Dövlət başçısının bu sahədə çox böyük önəm verdiyi yaşıl enerji layihələri, zonaları, koridorları var. Bütün bu layihələr dünyanın da marağını cəlb edib. Burada Azərbaycan öz liderliyini göstərməklə noyabr ayında bütün ölkələri Azərbaycana dəvət edib. Burada Bakı iqlim danışıqlarının aparılmasına müvafiq şərait yaradıb", - o qeyd edib.

Son xəbərlər