Muxtar Babayev albaniyalı nazirlə iqlim dəyişmələri sahəsində gələcək əməkdaşlıq müzakirə edilib
10
iyn
2024
19:30
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...