Müsəlmanları təhqir etmək olar - Qarabağdan həqiqətləri yazmaq olmaz
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağda aparılan haqq mübarizəsi dostla düşməni ayırd etməyə imkan verdi. Belə ki, Azərbaycanın işğaldan azadetmə əməliyyatlarına mane olmaq istəyən Fransa ermənipərəst və demokratiyaya zidd mövqeyini ortaya qoydu.
Bu günə kimi dünyaya demokratiya, insan haqları və azad söz nağılları danışan Fransa prezidenti Emmanuel Makron növbəti dəfə prezident seçkilərində ermənilərin dəstəyini qazanmaq üçün Dağlıq Qarabağla bağlı ədalətsiz mövqe sərgilədi və işğalçını dəstəkləməyi üstün tutdu.
Maraqlıdır ki, Fransa ölkə olaraq Ermənistanı dəstəklədiyi halda malik olduğu və təbliğ etdiyi demokratik prinsiplərə də qarşı çıxdı. Belə ki, bir müddət öncə Fransa televiziya kanalı "TF1"in müxbiri Liseron Boudoulun Dağlıq Qarabağ münaqişəsi üzrə gedən döyüşləri cəbhənin Azərbaycan tərəfindən işıqlandırdığına görə ölkəsində yaşayan erməni icmasının nümayəndələrinin təzyiqinə məruz qaldı. Hətta etiraz olaraq "Sərhədsiz Reportyorlar" təşkilatı bununla bağlı xüsusi bəyanat da yaydı.
"TF1" televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olması, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlar Fransada azad sözə olan vəhşi rəftarı ortaya qoydu. Oxşar hal ABŞ-ın "New York Times" qəzeti ilə bağlı da yaşandı və ermənilər bu nəşrə həqiqətləri yazdığına görə hücum çəkdilər.
Baş verənlər fonunda bir də Fransada satirik “Şarl Hebdo” jurnalının üz qabığında müsəlmanları təhqir edəcək karikaturalarını dərc etməsinin və buna görə ölkə rəhbəliyi tərəfindən heç bir təzyiqə məruz qalmamasının şahidi oluruq. Maraqlıdır ki, milyonlarla müsəlmanın heysiyyatına toxunan bu nəşr əslində Fransa hökumətinin ruporu kimi çıxış edir və lazım olduğu vaxt öz missiyasını yerinə yetirir.
“Şarl Hebdo” jurnalı istədiyi karikaturanı dərc etməklə İslam dünyasını təhir etmək imkanını əldə etdiyi bir vaxtda Dağlıq Qarabağdan həqiqətləri qələmə alan farnsız jurnalist təzyiqlərə məruz qalır və hazırladığı reportaj mətbuat qurumundan çıxarılır. Burada bir çox suallar meydana gəlir. Məgər demokratiya təkcə Fransanın yürütdüyü siyasətlə ahəng təşkil etməlidir? Fransa səhv edə bilməzmi? Yoxsa, Fransanın etdikləri mütləq həqiqət hesab edilməlidir?
Fransanın müxtəlif təzyiqlərinə və ermənilərə olan dəstəyinə baxmayaraq, milli və mənəvi dəyərlərə malik Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir. İşğalçı və qəsbkar Ermənistan Dağlıq Qarabağda minlərlə cəllad zabit və əsgələrini itirir, milyardlarla dollar dəyərində hərbi texnikası məhv edilir və düşdüyü vəziyyətdən çıxmaq üçün sadəcə yalvarmaqla məşğuldur.
Dağlıq Qarabağda müharibə tezliklə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşacaq. Lakin bundan sonra Fransanın başını dik saxlamağa demokratk cürəti çatmayacaq. Məhz demokratik, çünki demokratik dəyərlərlə ziddiyət təşkil edən Ermənistana dəstək rəsmi Parisi milyonlarla türkün qarşısında yerə vurdu.
Yaşasın Şanlı Azərbaycan Ordusu. Dağlıq Qarabağ Azərbaycanındır!
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....