Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - FOTO

12
dek
2022
13:01
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev YAP-ın 30 illiyi ilə bağlı tədbirdə çıxış edib - FOTO/VİDEO - YENİLƏNİB - 2
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...
