Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı ərzində 2 300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18 600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Ümumilikdə 6 000 ədəddən artıq piyada əleyhinə, 2 100 ədəddən artıq tank əleyhinə və 9 400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...