Müdafiə naziri “Saha Expo" sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev 4-cü “ADEX” və 13-cü “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Da...