Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.
Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...