Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO

Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Siyasət 1091
Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.Bu barədə BAKU.WS-ə Nazirlikdən məlumat verilib. Məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Bayram münasibəti ilə hərbi qulluqçuları təbrik edən müdafiə naziri onlara sovqatları təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.Tibb heyəti ilə görüşən müdafiə naziri hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.Görüşün sonunda müdafiə nazirinin əmri ilə hospitalın rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.BAKU.WS
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO
Müdafiə naziri hospitalda müalicə olunan əsgərlərə baş çəkib - FOTO

Oxşar xəbərlər

Zakir Həsənov cəbhədə döyüş hazırlığını yoxladı – FOTO

Zakir Həsənov cəbhədə döyüş hazırlığını yoxladı – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhədə olub.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə,...

1285 Siyasət 11:05 31 dekabr 2018

Son xəbərlər