MSK-ya sədr seçildi

MSK-ya sədr seçildi
Siyasət 1109
 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

BAKU.WS-in məlumatına görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb. Məzahir Pənahov yenidən MSK sədri seçilib. Natiq Məmmədov isə MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova MSK-nın katibi seçiliblər.

Qeyd edək ki, bu gün Milli Məclisdə Mərkəzi Seçki Komitəsinin tərkibi yenidən formalaşdırılıb. Partiyaların təqdim etdiyi namizədlərin üzvlüyü səsə qoyularaq qəbul edilib. 

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yeni sədr müavini təyin etdi

İlham Əliyev yeni sədr müavini təyin etdi

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini dəyişib. APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevin sərəncamı ilə Qurban...

1613 Sosial 16:51 08 fevral 2016

Son xəbərlər